Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 23:32

Flynn-in istintaqla əməkdaşlıq edəcəyi bildirilir


Michael Flynn

Ağ evin keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in “Rusiya istintaqı”yla bağlı əməkdaşlıq edəcəyi bildirilir. Bunu “The New York Times” qəzeti yazıb.

Hazırda ABŞ-da xüsusi müşavir Robert Mueller prezident Donald Trump-ın seçki kampaniyasının ötənilki seçkidə Rusiyayla mümkün əməkdaşlığını araşdırır.

Qəzet işlə bağlılığı olan dörd nəfərə istinadla yazıb ki, Flynn-in vəkilləri son günlər Trump-ın hüquq komandasına bildiriş göndəriblər, Robert Mueller-in istintaqını daha müzakirə edə bilməyəcəklərini deyiblər.

İstefada olan general Flynn Trump bu il yanvarın 20-də vəzifəyə gələndən onun milli təhlükəsizlik müşaviri olub. Ancaq üçcə həftədən sonra istefa verib, çünki onun Rusiyanın ovaxtkı səfiri Sergey Kislyak-la kommunikasiya yaratdığı barədə məlumatlar yayılıb.

Flynn-in vəkilləri Mueller-in təhqiqatı barədə Trump-ın hüquq komandasına məlumat verirdilər. “Bu razılaşma artıq kəsilib”, – mənbələr qəzetə deyib.

Məqalədə deyilir ki, bu, Flynn-in prokurorla əməkdaşlıq etdiyini, yaxud belə bir razılaşma üzərində iş getdiyini göstərir.

Mueller Rusiyanın seçkiyə mümkün müdaxiləsini araşdırır və vaxtilə Trump-ın kampaniya rəhbəri olmuş Paul Manafort, onun tərəfdaşı Rick Gates və seçki kampaniyanın xarici siyasət müşaviri olmuş George Papadopoulos-un həbsiylə sonuclanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG