Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:25

İran qadınları beynəlxalq yarışlara buraxır


İran ağırlıqqaldıranı Behdad Salimi

İran bildirir ki, ilk dəfə olaraq qadın ağırlıqqaldıranların beynəlxalq yarışlarda iştirakına icazə verəcək.

İranın Ağırlıqqaldırma Federasiyasının prezidenti Ali Moradi noyabrın 23-də deyib: “İran Ağırlıqqaldırma Federasiyasının Qadınlar Komitəsini yaratmışıq və istedadlı qadın atletlərimiz var. Onlar kişilər kimi bacarıqlıdırlar və ümid edirəm ki, yaxın gələcəkdə müsəlman atletlər üçün xüsusi geyim geyinərək beynəlxalq çempionatlarda iştirak edə biləcəklər”.

İran ağırlıqqaldırma üzrə dünyada ən güclülərdən sayılır və kişi idmançıları bu əsrdə yeddi olimpiya qızıl medalı qazanıblar.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) baş direktoru Attila Adamfi bunu yaxşı xəbər və İran üçün vacib qərar adlandırıb: “Bu ölkədə ağırlıqqaldırma kişilər üçün ən yüksək, qadınlar üçün sıfır səviyyədədir”.

Qadınlar 1983-cü ilədək ağırlıqqaldırmadan uzaqlaşdırılmışdı. Ancaq IWF-nin qaydalarına dəyişiklikdən sonra qadınlar 1987-ci ildən Dünya Çempionatlarına, 2000-ci ildənsə Olimpiya Oyunlarına buraxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG