Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 19:02

Müdafiə nazirliyi: ‘Hərbçinin meyiti müəyyən edilib’ [yenilənib]


Arxiv fotosu

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində hərbçi meyiti tapılıb.

Bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Nazirlik bildirir ki, meyiti aşkar edilən hərbçi Bəhruz Cəlilbəyli olub. 1998-ci il təvəllüdlü hərbçi bu ilin yanvar ayında Sədərək rayonundan hərbi qulluğa çağırılıb.

Nazirliyin iddiasına görə, o, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edib. Bəhruz Cəlilbəylinin meyitinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqelərinə yaxın ərazidə müəyyən edildiyi bildirilir.

Buna da bax: E.Məmmədyarov: 'Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb'

Nazirlik meyitin götürülüb-götürülmədiyi haqda bilgi vermir. Bildirilir ki. adıçəkilən hərbçi barəsində cinayət işi açılıb və istintaq davam etdirilir.

Bu açıqlamaya, hələlik, mərhum hərbiçinin yaxınlarının münasibətini almaq mümkün olmayıb.

* * *

Azərbaycan hərbiçisinin meyitinin qaytarılmasına çalışır

“Ermənistana aid KİV-də bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılan məlumata əsasən, noyabrın 23-ü qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyiti aşkarlanıb”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında belə yazılır.

“Məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə meyitin qaytarılması üçün aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda vurğulanır.

Xatırlatma

Bu gün, noyabrın 23-ü səhər Ermənistan tərəfi Naxçıvan istiqamətində neytral ərazidə Ermənistan hərbiçilərinin azərbaycanlı hərbi qulluqçunun - kapitanın cəsədini tapdıqlarını açıqlayıblar.

Ermənistanın müdafiə nazirliyi hərbi qulluqçunun cəsədini Qırmızı Xaç Komitəsinə təhvil verməyə hazır olduğunu bildirmişdi.

Azərbaycan Müdafiə Nazirliyi gün ərzində bu məlumatı şərh etməmişdi.

Azərbaycan və Ermənistan qoşunları Qarabağ münaqişəsi ilə bağlı üz-üzə mövqelər tutublar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG