Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:12

Müdafiə naziri Pakistandan gələn generalla görüşüb


Pakistan ordusu

Noyabrın 23-ü müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayat ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanın müdafiə naziri ilə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Nazirlik bildirir ki, Z.Həsənov qonağa Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə edilib. Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG