Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:04

İlham Əliyev NATO baş katibi ilə Qarabağ probleminı müzakirə edib


Ilham Aliyev və Jens Stoltenberg Brussel, 23 noyabr 2017
Ilham Aliyev və Jens Stoltenberg Brussel, 23 noyabr 2017

Belçikada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun Baş katibi Jens Stoltenberqin dəvəti ilə Alyansın Brüsseldəki mənzil-qərargahında olub.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında Stoltenberg jurnalistlərə deyib ki, "Qarabağ münaqişəsinin həll olunmaması NATO üçün narahatlıq məsələsidir" və o, hər iki tərəfi "istənilən yeni gərginlikdən çəkinməyə" çağırıb.

O bildirib ki, "Qarabağ münaqişəsinin həllində NATO-nun birbaşa rolu yoxdur, NATO ATƏT-in Minsk Qrupu həmsədrlərinin işini dəstəkləyir."

Stoltenberg deyir ki, "bir məsələ aydındır, münaqişənin hərbi yolla həlli yoxdur".

İlham Əliyev isə deyib ki, "təəssüf ki, region ətrafında vəziyyət dəyişmir". İlham Əliyev Errmənistanı ittiham edib ki, Ermənistan status-kvonu saxlamağa çalışır.

Noyabrın 24-də Brüsseldə Ermənistan və Azərbaycan prezidentləri Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa Birliyi liderləri ilə görüşəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG