Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:20

Yoxa çıxan Argentina qayığının axtarışı əvvəlki yerə qayıdır


San Juan sualtı qayığı

Argentinanın yoxa çıxan sualtı qayığını axtaran gəmilər və təyyarələr ilkin axtarış ərazisinə qayıdıb.

Argentiona Hərbi Dəniz qüvvələrinin sözçüsü kapitan Enrique Balbi deyib ki, noyabrın 15-də sualtı qayıqla son əlaqədən bir neçə saat sonra Amerikanın hərbi mütəxıssisləri və agentlikləri həmin ərazi yaxınlığında “hidro-akustik anomallıq” müşahidə ediblər. Kapitanın sözlərinə görə, bu məlumat, ola bilsin, qayığı axtarmağa ipucu verir.

Argentinanın sualtı qayığı San Juan-la noyabrın 15-dən əlaqə yoxdur. Qayıq Buenos Ayresin 400 km-liyindəki sularda üzürdü. Qayıqda 44 heyət üzvü var. Mütəxəsislərin dediyinə görə, qayıqdakı oksigen 7-10 günə bəs edə bilər.

Qayığın axtarışına ABŞ, Rusiya və başqa ölkələr qoşulub.

Axtraş aparılan ərazi 480 min kv km-dir. Bu, İspaniya ərazisi boydadır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG