Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 21:37

"Kommersant": "Qazprom Azərbaycana qayıtdı"


arxiv
arxiv

Rusiyanın Kommersant qəzeti noyabrın 23-də yazıb ki, 11 ildən sonra Azərbaycan yenə Qazpromdan qaz almağa qayıtdı.

Qəzet yazır ki, Avropanın qaz təchizatçısı olmaq istəyən Azərbaycana bunu eləmək üçün qaz çatışmır. Hələlik Bakı ildə 1,6 milyard kub metr qaz alacaq.

Qəzet iddia edir ki, Cənub Dəhlizi ilə Avropaya qaz ötürməklə Avropanın qaz təchizatının diversifikasiya edilməsi fiksiya ola bilər. Çünki bu qaz da Rusiya qazı olacaq.

Qəzet Azərbaycanın Rusiyadan qaz almasını onunla izah edir ki, Azərbaycana daxili ehtiyaclar üçün ildə 10 milyard kub metr qaz lazımdır, Azərbaycan isə hazırda Şahdəniz yatağından 9 milyard kub metr qaz istehsal edir. 2018-ci ilin 3-cü rübündən qaz istehsalı 16 milyard kub metr artıb, 25 milyarda çatmalıdır. Ancaq bu əlavə qazın hamısı artıq bağlanmış müqavilələrlə Cənub Dəhlizi ilə ötürülməyə ayrılıb. Faktiki olaraq Azərbaycanın öz daxili ehtiyaclarına qaz çatışmır .

Kommersant yazır ki, Qazpromla Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Rusiya qazının alınması müqaviləsini noyabrın 21-də imzalayıb, müqavilə noyabrın 22-dən işləməyə başlayıb.

Qəzet yazır ki, SOCAR-la Qazprom belə qaz sazişini 2015-ci ildə də bağlamaq istəyirdilər, ancaq alınmadı.

Kommersantın bu yazdıqlarına hələlik SOCAR şərh verməyib.

XS
SM
MD
LG