Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:48

"Taxtların oyunu"nun senarisini oğurlayan iranlı haker


arxiv
arxiv

Nyu York prokurorluğu İranlı haker Behzad Mesri-yə qarşı internet dələduzluğu, məxfi məlumatların oğurlanması və qanunsuz olaraq HBO televiziyasından 6 milyon dollar istəməsi ilə bağlı rəsmi ittiham irəli sürüb.

Azadlıq Radiosunun məlumatına görə, prokurorluq bildirir ki, HBO televiziyasının saytı may ayından avqusta qədər bir neçə dəfə hücuma məruz qalıb. Həmin vaxt “Taxtlar Oyunu” filminin bir neçə seriyasının senariləri də oğurlanıb.

İstintaq materiallarına görə, Mesri telekanaldan 6 milyon dollar tələb edirmiş və bu pul verilməısə, materialları internetdıə çap edəcəyi ilə hədələyirmiş. Telekanal pulu verməkdən imtina etdi. Bundan sonra haker bəzi materiları çap etdi.

Hazırda FTB hakeri axtarşa verib. Prokurorluq bildirir ki, Mesri İran ərazisindədir və buna görə onu həbs etmək mümkün deyil.

Ksenia Sobchak
Ksenia Sobchak

PROKURORLUQ SOBCHAKLA BAĞLI ARAŞDIRMA APARIR

Rusiyanın Baş prokurorluğu Kseniya Sobchakın “Krım Ukraynanındır”- deməsi ilə bağlı yoxlamaya başlayıb. Bunu Sobchak noyabrın 22-də “Exo Moskvı” radiosunun efirində deyib. Baş Prokurorluq bu barədə Sobçaka məktub da göndərib.

Oktyabrın 18-də Sobchak gələn ilin prezident seçkilərində iştirak etmək istəyini bildirib.

Sobchak demişdi ki, siyasi məhbusların hamısı azad olunmalıdır və beynəlxalq hüuq bqaxımından Krım Ukrayna ərazisidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG