Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:57

Nils Mujnieks Yalçın İmanovla bağlı qərardan narahatdır


Nils Muiznieks

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks (Nils Muiznieks) Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasını qınayıb.

“Turan” Agentliyinin xəbərinə görə, O, Azərbaycan hakimiyyətini hüquqşünaslara əlverişli mühit yaratmağa səsləyib.

İnsan hüquqları üzrə komissarın bəyanatında bildirilir ki, Vəkillər Kollegiyasının vəkil Yalçın İmanovun səlahiyyətlərinin dayandırılması haqqında qərarından narahatadır. Vurğulanır ki, Y.İmanov insan hüquqlarının müdafiəsində fəal iştirakçı olub.

Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı

Mujnieks qeyd edir ki, Kollegiyanın qərarı vətəndaşların hüquqlarının müdafiəsinə mənfi təsir göstərən digər addımlardan sonra verilib.

“İki həftə əvvəl Azərbaycan prezidenti məhkəmələrdə nümayəndəliyi məhdudlaşdıran qanunu imzalayıb”.

Həmin qanuna görə, Vəkillər Kollegiyasının üzvi olmayan şəxslər məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Buna da bax: Y.İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

Komissar qeyd edir ki, bu dəyişikliklər məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsinə mənfi təsir göstərəcək.

XATIRLATMA

Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən və Qobustan Qapalı Həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, o təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb onu döyüblər.

“Məni qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.”, izahatda qeyd edilirdi.

Ədliyyə polkovniki O.Məmmədov isə iddia edir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır.

“Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», – deyə məktubda vurğulanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG