Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

Kreml Luqanskdakı durumu izlədiyini deyir


Luqanskın mərkəzində silahlılar, 22 noyabr, 2017-ci il

Moskva Ukraynanın şərqindəki Luqansk regionundakı durumu yaxından izləyir. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyib.

Rusiyapərəst separatçıların nəzarətində olan bu bölgədən gələn xəbərlərə görə, yerli separatçı lider Igor Plotnitsky Rusiyaya qaçıb.

Noyabrın 22-də Moskvada jurnalistlərə danışan Peskov deyib ki, Kreml bu gərginliyin arxasında kimin dura biləcəyini “anlayır”, ancaq o, detalları açıqlamayıb.

Separatçılar buranı “Luqansk Xalq Respublikası” (LNR) adlandırırlar.

Noyabrın 21-də nişansız uniformalar geyinmiş bir qrup silahlı Luqanskın mərkəzində mövqe tutub. Bunun separatçılar arasında hakimiyyət savaşının ola biləcəyi bildirilir.

Rusiya mediasının noyabrın 22-də yazdığına görə, Plotnitsky ailəsiylə birlikdə Rusiyaya qaçıb. Ukraynanın Luqansk regionundakı dövlət sərhədinin bir hissəsinə Moskva nəzarət edir.

Ancaq separatçıların Luqanskdakı televiziya kanalı Plotnitsky-nin regionda olduğu bildirib, onun de fakto hökumətin üzvləriylə iclas keçirdiyini göstərib. O, keçmiş polis rəhbəri Igor Kornet-i “hökuməti devirmək cəhdində” ittiham edib.

Amma bu videonun da Luqanskda çəkilib çəkilmədiyi bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG