Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Komitə sədri səhiyyə xərclərinin azalmasına etiraz edir


Azərbaycanın səhiyyə sistemindən razısınızmı? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Azərbaycanın səhiyyə sistemindən razısınızmı? [video-sorğu]

«Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır».

APA-nın xəbərinə görə, bunu bugün, noyabrın 22-si Milli Məclisin iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O vurğulayıb ki, səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır:

«Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyinin bu cür ciddi məsələyə diqqət etməyini xahiş edirəm».

2018-ci ilin dövlət büdcəsi layihəsində səhiyyə xərcləri 740.7 milyon manat təşkil edir. Bu rəqəm 2017-ci ildə 745.4 milyon manat nəzərdə tutulub. Büdcədə 2017-ci ildə də səhiyyəyə ayrılan vəsait 2016-cı illə müqayisədə azalmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG