Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:08

Hüquq müdafiəçisinə prokurorluqda xəbərdarlıq edilib


Elçin Məmməd

Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Mərkəzinin rəhbəri və onlayn «Yüksəliş Naminə» qəzetinin baş redaktoru Elçin Məmməd noyabrın 22-də prokurorluğa çağrıldığını bildirir.

«Bugün, noyabrın 22-si səhər mənə Sumqayıt şəhər prokurorunun köməkçisi Elviz Salayev zəng edərək, saat 15:00-da prokurorluğa gəlməli olduğumu dedi. Səbəbi ilə maraqlansam da, «yerində bilərsən» dedi», - E.Məmməd bildirib.

E.Məmməd bunu hüquq müdafiəçisi kimi fəaliyyəti və saytdakı yazıları ilə əlaqələndirir. Onun deməsinə görə, son vaxtlar saytda məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillərə təzyiqlər, siyasi məhbus sayılan şəxslərin hüquqlarının pozulması ilə bağlı tənqidi materiallar dərc edilib.

E.Məmməd əvvəllər də dəfələrlə müxtəlif səbəblərlə prokurorluq və polis orqanlarına çağrılıb, hətta sərhəddə saxlanaraq buraxılıb.

Onun Sumqayıt Şəhər Prokurorluğuna çağrılmasına hələlik bu qurumdan münasibət almaq mümkün olmayıb.

* * *

Elçin Məmmədə prokurorluqda xəbərdarlıq edilib

“İki saata yaxın Sumqayıt Şəhər Prokurorluğunda oldum”

Bunu prokurorluqdan çıxdıqdan sonra Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Mərkəzinin rəhbəri və onlayn «Yüksəliş Naminə» qəzetinin baş redaktoru Elçin Məmməd bildirib.

E. Məmmədin sözlərinə görə, onu şəhər prokurorunun baş köməkçisi Elviz Salayev qəbul edib və xəbərdarlıq mətni təqdim edib.

O, bildirib ki, görüşə qədər təxmin etdiyi kimi QHT rəhbəri və sayt redaktoru kimi xəbərdarlıq alıb:

“Xəbərdarlıq mətinin mənə E.Salayev təqdim etsə də, sənədi şəhər prokuroru Sərdar İmanov imzalayıb”.

E.Məmməd xəbərdarlığın məzmununa da toxunub:

“Xəbərdarlıqda “Yüksəliş Naminə” qəzetində və sosial şəbəkələrdə yerləşdirdiyim materiallara toxunulur. Bu yazılar qanunvericilik tələblərinin pozulması kimi dəyərləndirilir. Ölkənin dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, dövlətin iqtisadi baxımdan güclənməsinə xidmət edən islahatların mahiyyətini gerçək şəkildə əks etdirmədiyi vurğulanır. Hətta əxlaq və etikaya sığmayan fikirlərin səsləndirilməsi adlandırılır”.

E.Məmməd deyib ki, xəbərdarlıqda bütün bu yazıların sensasiya xatirinə yazıldığı, faktlara əsaslanmadığı bildirilir.

“Sonda da deyilir ki, belə hallar gələcəkdə təkrar edilərsə daha ciddi tədbirlər görülə bilər”.

E.Məmməd vurğulayıb ki, ona xəbərdarlığı vəkillərə və siyasi məhbus sayılan şəxslərə basqının tərkibi sayır.

Elçin Məmmədin bu açıqlamasına, Sumqayıt Şəhər Prokurorluğundan, hələlik, münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG