Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:36

Tbilisidə “antiterror əməliyyatı” keçirilir - YENİLƏNİB


Arxiv fotosu

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (SUS) əməliyyat zamanı azı bir şübhəlinin saxlandığını bildirir.

SUS-un sözçüsü Nino Giorgobiani noyabrın 22-də jurnalistlərə deyib ki, polis və təhlükəsizlik qüvvələri paytaxtın İsani rayonunda antiterror əməliyyatını davam etdirir, bir neçə silahlını da ələ keçirməyə çalışırlar.

Giorgobiani-nin sözlərincə, əməliyyatın hədəfi “terror təşkilatıyla” əlaqələrdə şübhəli bilinən “xarici vətəndaşlardır”.

Gürcüstan mediası isə silahlıların İslam Dövləti (İŞİD) ekstremistləriylə əlaqələrdə şübhəli bilindiyini yazır.

***

Gürcüstan paytaxtı Tbilisidə təhlükəsizlik qüvvələrinin silahlılara qarşı əməliyyat apardığı bildirilir. Media əməliyyatın paytaxt kənarındakı yaşayış məkanlarından birində keçirildiyini yazır.

İnsident noyabrın 22-də başlanıb. Dövlətə məxsus Birinci Kanalın məlumatına görə, təhlükəsizlik qüvvələri iki xaricini tutmağa çalışır. Ərazi boşaldılıb.

Media ərazidə partlayış, ara-sıra atəş səsləri eşidildiyini bildirir.

Şübhəlilər xarici “terror təşkilatlarıyla” kontakt yaratmaqda suçlanır. Həmin kontaktların mahiyyəti açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG