Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:42

Sechin yenə məhkəməyə getməyəcək


Dmitry Medvedev (ortada) və Igor Sechin (solda, öndə) Xantı-Mansidə

Rusiyanın Rosneft dövlət neft şirkətinin rəhbəri Igor Sechin noyabrın 22-də keçmiş iqtisadiyyat nazirinin məhkəməsində ifadə verməyə getməyəcəyini deyir. O, ötən həftə də iki dəfə çağrılmasına baxmayaraq, məhkəmədə iştirak etməmişdi.

Sechin noyabrın 21-də deyib ki, Moskvada məhkəmə prosesinə gedə bilməyəcək, çünki Sibirin Xantı-Mansi şəhərində səfərdədir. Burada o, baş nazir Dmitry Medvedev-lə birlikdə Rosneft-in yeni mədən kompleksini gəzir.

Sechin keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev-in məhkəməsinə şahid kimi çağrılıb. Ulyukayev 2016-cı ildə Sechin-dən 2 milyon dollar qoparmaqda suçlanır.

Rosneft rəhbərinin ifadə verməkdən imtinası Rusiyada məhkəmə sisteminin müstəqilliyi sarıdan narahatlığı bir daha diqqət mərkəzinə gətirib. Kremlin tənqidçiləri prezidenti Vladimir Putin-in məhkəmələrdən icraedici orqanın bir qanadı kimi istifadə etməkdə suçlayır.
Sechin noyabrın 16-da deyirdi ki, “qrafiklə bağlı razılaşma olarsa”, o, məhkəməyə gedəcək.

Ulyukayev təqsirini boynuna almır, Sechin-i və Federal Təhlükəsizlik Xidmətini (FSB) ona tələ qurmaqda suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG