Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 20:49

Merkel yeni seçkiyə hazır olduğunu deyir


Angela Merkel, 19 noyabr, 2017-ci il

Almaniya kansleri Angela Merkel deyib ki, mühafizəkar Xristian Demokratlar (CDU) partiyasını yeni seçkiyə aparmağa hazırdır.

Noyabrın 20-də kanslerin rəhbərliyi ilə yeni koalisiya yaratmaqla bağlı danışıqlar alınmayıb. Bununla da Avropanın ən böyük iqtisadiyyatında siyasi qeyri-müəyyənlik yaranıb. Sol-mərkəzçi Sosial Demokratlar (SDP) Merkel-lə mövcud alyansı yeniləməkdən imtina etdiklərinə görə tənqid olunub.

Merkel ictimai televiziyayla çıxışında deyib ki, koalisiya danışıqları iflas edəndən sonra kansler postundan getməyi düşünməyib.

Koalisiya danışıqları kanslerin mühafizəkar siyasi bloku daxilində, Yaşıllar və Azad Demokratlarla (FDP) aparılırdı.

Merkel azlıq hökuməti yaratmaqdansa, erkən seçkiyə üstünlük verdiyini söyləyib.

Sentyabr seçkisində kansleri siyasi bloku 1949-cu ildən bəri ən pis nəticəni göstərib.

Almaniya prezidenti Frank-Walter Steinmeier noyabrın 20-də siyasi liderləri mövqelərinə bir də baxmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG