Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:22

Erdoğanın müşaviri NATO-da üzvlük məsələsinə baxılmasına çağırır


Yalçın Tocu
Yalçın Tocu

ABŞ ABC News saytı yerli mediaya istinadən yazır ki, Recep Tayyip Erdoğanın müşavirlərindən biri Türkiyənin NATO alyansındakı üzvlüyünün yenidən nəzərdən keçirilməsinin vaxtının çatdığını deyib.

Cumhiriyet qəzeti və başqa mediaların yaydığı xəbərə görə, keçmiş mədəniyyət və turizm naziri, 2016-cı ilin dekabrından prezidentin müşaviri Yalçın Topcu bu bəyanatı Türkiyə özünün hərbi kontingentini Norveçdəki NATO məşqlərindən geri çağırdıqdan bir gün sonra, noyabrın 20-də verib.

Bu təlim məşqlərində Mustafa Kemal Atatürkün və Recep Tayyip Erdoğanın şəkilləri atış hədəfi kimi qoyulmuşdu.

NATO-nun baş katibi və Norveç hökuməti baş vermiş insidentə görə Türkiyədən üzrxahlıq edirlər.

Topcu deyib: "Öz üzvünə qarşı cürbəcür düşmən hərəkətlərdə bulunan bu təşkilatda üzvlük bizim üçün vacib deyil. Bizim bu təsisatdakı iştirakımız məsələsinə təcili qaydada parlamentdə baxılmasının zamanı gəlmişdir”.

Yalçın Topcu əlavə edib ki, “cümhuriyyətimizin qurucusu olan Mustafa Kemal Astatürkün fotosundan və Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğanın adından bu sayaq istifadə edilməsi ağla və xəyala gəlməyən yönlərdən təzyiq və hücumlara məruz qalan ölkəmizə və 52 faiz səslə seçilmiş prezidentimizə qarşı şərəfsizlik, rəzillik və alçaqlıqdır...”

"Türkiyə NATO-nun sayılan üzvüdür və olaraq qalacaqdır..."

Türkiyə mediası xəbər verir ki, ölkə baş nazirinin müavini ötən həftə Norveçeçdə keçirilmiş təlimdə baş vermiş insidenti “NATO-nun tarixində ən böyük qalmaqal” adlandırıb.

Ankarada müxbirlərin suallrına cavab verən Bekir Bozdağ deyib ki, “bu işin ört-basdır edilməsi yolverilməzdir”.

Bekir Bozdağ
Bekir Bozdağ

Bununla belə Bozdağ əlavə edib ki, “Türkiyə NATO-nun sayılan üzvüdür və belə olmaqda davam edcəkdir, amma bu işlə bağlı iki nəfərin cəzalandırılması və vəzifələrinə son qoyulması” məsələnin tam şəkildə araşdırılması sayıla bilməz.

Türkiyə bu insidentlə bağlı öz hərbi kontingentini Norveçdə keçirilən Trident Javelin məşqlərindən ötən cümə günü geri çağırıb.

Kompüterli təlimlərdə Recep Tayyip Erdoğan “düşmən” kimi işarələnmiş, Atatürkün portreti isə “şərti düşmən liderlərin” siyahısına daxil edilmişdi.

Bu insidentin ardınca NATO-nun baş katibi Jens Stoltenberg prezident Erdoğandan telefonla və yazılı üzr istəyib, Kanadada keçirilən görüşdə isə Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi Hulusi Akara şəxsən üzrxahlıq edib.

Bozdağ iranlı-azərbaycanlı biznesmen Rza Zərrabın Nyu Yorkda həbs edilməsi ilə bağlı suala cavab verərkən deyib ki, bu həbs Türkiyəyə qarşı qəsd məqsədi güdür.

Bozdağ deyib: "Biz açıq şəkildə bəyan edirik ki, bu iş siyasıdır və onun hüquqi əsası yoxdur. Bu, Türkiyəyə qarşı qəsddir. Bu işi aparanlar şübhəlilərin üzərinə aşıq təzyiq göstərirlər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG