Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:00

Yaponiyadakı ABŞ hərbçilərinə alkoqoldan istifadə yasaqlanır


YAponiyada ABŞ hərbi bazalarına qarşı etiraz aksiyası, 2016-cı il

ABŞ Silahlı Qüvvələri Yaponiyadakı hərbçilərə alkoqoldan istifadəni yasaqlayıb. Səbəb bir dəniz piyadasının ölümlə nəticələnmiş avtomobil qəzası törətməsidir.

Yaponiyadakı ABŞ qüvvələrinin mətbuat katibi Tyler Hopkins noyabrın 19-da deyib ki, qadağa ABŞ bazalarına və onun hüdudlarına aiddir.

Bundan başqa, qəzanın törədildiyi Okinavadakı hərbçilərin bazanın ərazisindən çıxması da məhdudlaşdırılıb.

ABŞ hərbi qüvvələrinin bəyanatında deyilir ki, “Yaponiya ərazisindəki komandirlər alkoqoldan məsuliyyətli istifadə, risklərin idarəolunması üzrə məcburi təlim keçəcəklər”.

ABŞ-ın Yaponiyadakı hərbçiləri və mülki şəxsləri təlimlərə qatılmalıdır.

Yerli medianın yazdığına görə, polis 21 yaşlı dəniz piyadasını alkoqolun təsiri altında sükanı ehtiyatsız idarə etmək ittihamıyla saxlayıb. Qəzada 61 yaşlı yapon dünyasını dəyişib.

Rəy sorğularına görə, yaponların çoxu ABŞ hərbi bazalarının qalmasına üstünlük verir, amma Okinava adasının sakinləri bu bazaların əleyhinədir. Səbəb Amerika vətəndaşlarının iştirakıyla bir neçə insidentin baş verməsidir.

Okinavada Birləşmiş Ştatların 25 minədək hərbçisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG