Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:09

Temperatur 5-7 dərəcə enəcək


Yağış

Noyabrın 21-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 10-13, gündüz 16-20, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, qərb rayonlarında isə yağış yağacağı bildirilir. Gecə 6-11, gündüz 15-19, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edir ki, noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi təxmin edilir.

Noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG