Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:15

Bakıda zavodda partlayış olub [yenilənib]


Partlayış. Foto illüstrasiya

Bu gün, noyabrın 20-si Bakıda zavodda partlayış olduğu bildirilir.

APA-nın xəbərinə görə, partlayış saat 11:00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli işadamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfərin öldüyü, daha bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə yerində araşdırma aparılır.

* * *

Lökbatandakı partlayışa görə cinayət işi açılıb

Bu gün, noyabrın 20-si Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodda baş verən partlayışla əlaqədar cinayət işi açılıb.

Bu haqda APA-ya Bakı şəhər prokurorluğundan bildiriblər.

Partlayış nəticəsində bir nəfərin öldüyü, daha bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumatda vurğulanır ki, hadisə Lökbatandakı “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisində baş verib.

Verilən məlumata görə, yük maşını ilə zavoda metal tullantıları gətirən Bəhmən Məmmədovun əlində mənşəyi məlum olmayan qurğu partlayıb. Nəticədə, onun aldığı xəsarətlərdən hadisə yerində öldüyü açıqlanıb.

Bakı şəhər prokurorluğu bildirir ki, əlaqəli qurumlar hadisə yerinə və meyitə baxış keçirib, gərəkli prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 224-cü (partlayıcının uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin saat 11:00 radələrində baş verdiyi deyilirdi.

Ancaq, hələlik, mərhumun yaxınlarının bu açıqlamaya münasibətini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG