Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:48

Pakistanda yol qəzasında azı 20 nəfər həlak olub


Arxiv fotosu

Pakistanın cənubunda minibusla yük maşınının toqquşması nəticəsində azı 20 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Polis qəzanın noyabrın 20-də Sind vilayətinin Xairpur bölgəsində baş verdiyini bildirir. Yük maşını kömürə dolu imiş.

Minibusun sərnişinləri qadınlar və uşaqlar imiş.

Yaralılar ağır durumda olduğundan polis ölü sayının artacağını istisna etmir.

İstintaqın ilkin versiyasına görə, hadisəyə qatı dumanda yüksək sürətlə hərəkət səbəb olub.

Pakistanda rəsmi rəqəmlərə görə, hər il yol qəzalarında 5 mindən çox adam həlak olur. Səbəb yolların pis durumda olması, maşınların nasazlığı və təhlükəsizlik standartlarına əməl olunmaması göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG