Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 03:42

“İsrail İrana görə Səudiyyəylə gizli kontaktda olub”


İsrail-Suriya sərhədi, noyabr, 2017-ci il

İsrail İranla bağlı qarşılıqlı narahatlıqla əlaqədar Səudiyyə Ərəbistanı və digər ərəb ölkələriylə gizli kontaktda olub. Bunu İsrailin enerji naziri Yuval Steinitz noyabrın 19-da ölkənin Ordu Radiosuna müsahibəsində deyib.

Bu, gizli sövdələşmələrlə bağlı ilk rəsmi etirafdır.

“Bir çox müsəlman və ərəb ölkəsiylə qismən gizli əlaqələr yaratmışıq və utanacaq tərəf biz deyilik”, – Steinitz söyləyib.

“Bu əlaqələrin gizli qalmasında maraqlı olan digər tərəfdir. Adətən, bizimlə problem yoxdur, ancaq digər tərəfin arzusuna sayqıyla yanaşırıq”, – nazir bildirib.

Baş nazir Benjamin Netanyahu-nun idarəsi dərhal şərh verməyib, Səudiyyə hökuməti də hələlik, nazirin açıqlamasını şərh etməyib.

İsraillə Səudiyyənin hər ikisi İranı Yaxın Şərqdə əsas təhlükə sayır.

Son vaxtlar sünni müsəlmanların üstünlük təşkil etdiyi Səudiyyə Ərəbistanıyla şiə İranı arasında gərginlik artıb. Bu ölkələr Yəmən və Suriyadakı münaqişələrdə əks tərəfləri dəstəkləyir.

Ancaq Ər-Riyadla İsrail də onillərdir davam edən ərəb-İsrail münaqişəsində əks tərəflərdədir və diplomatik münasibətləri yoxdur.

Səudiyyə bildirir ki, İsrail 1967-ci ildə tutduğu ərəb ərazisindən çəkilməsə, rəsmi münasibətlər mümkün deyil.

Həmin ərazidə fələstinlilər dövlət qurmaq istəyir.

Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir noyabrın 16-da “Reuters” xəbər agentliyinə deyib ki, “həmişə bildirmişik, İsrail-Fələstin münaqişəsi ərəb sülh təşəbbüsü əsasında həll olunarsa, İkrail bütün ərəb ölkələriylə normal iqtisadi, siyasi və diplomatic münasibətlər qurar”.

“Bu baş verməyincə, İsraillə münasibətlərimiz olmayacaq”, – o, sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG