Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 19:00

Merkel koalisiya formalaşdıra bilməyib


Angela Merkel (öndə, sağda) danışıqlar arası fasilədə, 19 noyabr, 2017-ci il

Almaniya kansleri Angela Merkel-in Xristian Demokratları (CDU) Yaşıllar və Azad Demokratlarla (FDP) üçtərəfli koalisiya formalaşdıra bilməyib. Bununla da ölkədə yeni parlament seçkisi keçirməyin mümkünlüyü müzakirə olunmağa başlanıb.

FDP-nin rəhbəri Christian Lindner noyabrın 20-də deyib ki, danışıqlar aparan tərəflər arasında inam yaratmaq mümkün olmadığından koalisiya alınmayıb.

“Pis idarə etməkdənsə, heç idarə etməmək yaxşıdır”, – Lindner deyib.

Merkel FDP-nin koalisiya danışıqlarından çıxmaq qərarından təəssüfünü bildirib.

“Biz razılaşmanın əldə oluna biləcəyi yolda olduğumuza inanırdıq”, – Merkel Berlində jurnalistlərə deyib.

O, noyabrın 20-də prezident Frank-Walter Steinmeier-lə görüşərək durum barədə onu bilgiləndirəcəyini söyləyib.

Sol-mərkəzçi Sosial Demokratlar (SPD) Merkel-lə koalisiyaya qayıtmağı istisna edib. Elə kanslerin özü də deyib ki, azlıq hökumətinə liderlik etməyəcək. Bununla da yeni seçkinin keçirilməsinin mümkünlüyü gündəmə gəlib.

Steinmeier-in yeni seçki keçirmək səlahiyyəti var, ancaq ölkənin bəzi liderləri narahatdırlar ki, daha bir səsvermə olarsa, ifrat sağçı AfD ötən seçkidəki 13 faizdən də çox səs toplayar.

Danışıqların əsas mövzularından biri immiqrasiya olub. Merkel-in liberal siyasəti nəticəsində 2015-ci ildən bəri ölkəyə 1,2 milyon qaçqın gəlib. Bu da sonucda bəzi seçiciləri ifrat sağçı AfD-yə yönəldib.

Günün bütün mövzuları

XS
SM
MD
LG