Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:12

2017-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 12536,5 milyon manat vəsait qoyulub.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.

Xəbərə görə, istifadə olunan vəsaitin 9680,7 milyon manatı və ya 77,2 faizi məhsul istehsalı obyektlərinin payına düşür.

2109,1 milyon manatı da (16,8 faizi) xidmət sahələri üzrə obyektlərinin tikintisinə yönəldilib.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Daha 746,7 milyon manatı (6 faizi) isə ümumi sahəsi 1399,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala yönəldilən vəsaitlərin 5260,2 milyon manatını və ya 42 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilən vəsaitlərin 9157,9 milyon manatı və ya 73 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG