Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

İnzibati qanunvericiliyə nəqliyyat vasitələrinin saxlanılması qaydaları ilə bağlı dəyişiklik edildiyi bildirilir.

APA-nın xəbərinə görə, Milli Məclis bu gün, noyabrın 17-si keçirilən iclasında nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətə görə cəza nəzərdə tutan maddəni İnzibati Xətalar Məcəlləsindən çıxarıb.

İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə cəzası nəzərdə tutur. Həmin maddənin məcəllədən çıxarıldığı açıqlanıb.

Məcəllənin 345-ci maddəsinin 2-ci bəndinin də ləğv olunduğu bildirilir. Həmin bənddə banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə nəzərdə tutulurdu.

Qeyd olunan maddələrin məcəllədən çıxarılması onların praktik olmaması, təcrübədə tətbiq olunmaması ilə izah edildiyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG