Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Suriya danışıqları Soçidə keçiriləcək


Dəməşq yaxınlığı

Rusiya prezidenti Vladimir Putin gələn həftə Türkiyə və iranlı həmkarlarıyla Soçidə görüşərək Suriyada illərdir davam edən vətəndaş müharibəsini müzakirə edəcək. Xəbəri Kreml yayıb.

Sözçü Dmitry Peskov noyabrın 16-da jurnalistlərə deyib ki, Türkiyə lideri Recep Tayyip Erdogan və İran prezidenti Hassan Rohani noyabrın 22-də Soçidə görüşəcəklər.

Bu görüş bu ölkələr arasında ilk üçtərəfli sammit və əsas müzakirə mövzusu da Suriyada zorakılığın azaldılması, regiona humanitar yardımın çatdırılması olacaq.

Moskva, Ankara və Tehran Qazaxıstan paytaxtı Astanada da ayrıca sülh danışıqlarına təşkilatçılıq edirlər.

BMT-nin sponsorluğuyla ayrıca danışıqlarsa Cenevrədə keçirilir.

Rusiyayla İran Suriya münaqişəsində prezident Bashar al-Assad-ı, Türkiyəylə ABŞ isə hökumətlə savaşan müxtəlif üsyançı qrupları dəstəkləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG