Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:16

Noyabrın 17-si Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına (KQHO) cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər çatdırılıb.

Komanda-qərargah hərb oyunları noyabrın 16-da başlayıb. Noyabrın 20-dək davam edəcək.

Nazirlik bildirir ki, oyunların keçirilməsində əsas məqsəd idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsidir.

Oyunlar zamanı qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG