Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

Mugabe-nin impiçment olunacağı xəbəri yayılıb


Robert Mugabe həyat yoldaşı Grace Mugabe ilə

Məlumatlara görə, Zimbabvenin ZANU-PF hakim partiyasının liderləri noyabrın 17-də yığışaraq prezident Robert Mugabe-ni həftəsonu vəzifədən kənarlaşdırmaq barədə qətnamə layihəsini müzakirə edirlər. Vəzifədən getməsə, gələn həftə impiçment olunacağı bildirilir.

Noyabrın 17-də partiyadakı aparıcı rəsmi “Reuters” agentliyinə deyib ki, “geriyə yol yoxdur”.

“İnadkarlıq göstərsə, bazar günü onu işdən çıxaracağıq. Bunu eləyəndən sonra gələn çərşənbə axşamı impiçment olunacaq”, – rəsmi söyləyib.

Zimbabve ordusu noyabrın 17-də Mugabe ilə vəzifədən getməsi barədə danışıqlar apardığını bildirib.

Ordu 93 yaşlı prezident və 52 yaşlı arvadının ətrafındakıları təqib edir.

Zimbabvenin keçmiş vitse-prezidenti Emmerson Mnangawa-nın köməkçisi noyabrın 17-də deyib ki, Mnangawa artıq ölkəyə qayıdıb. O, Mugabe-nin potensial varisi sayılırdı və ötən həftə işdən çıxarılması Hararedə ordunu hərəkətə gətirdi. Məqsədin Mugabe-nin arvadının prezident olmasını əngəlləmək olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG