Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:42

Yeni ABŞ hərbçiləri Əfqanıstana gedib


Kabildəki dünənki hücumdan görüntü

3 min əlavə ABŞ hərbçisi prezident Donald Trump-ın strategiyasına uyğun olaraq Əfqanıstana yerləşib.

Bunu Pentaqon noyabrın 16-da bildirib. Pentaqon daha öncə Əfqanıstanda 11 min hərbçinin olduğunu deyirdi. Trump avqustda hərbçi sayının artırılmasına qərar verdi.

“Əfqanıstana qüvvə axınını yenicə tamamlamışıq”, – general leytenant Kenneth McKenzie Pentaqonda jurnalistlərə deyib. Nicholson Əfqanıstanda 16 minədək hərbçinin gərəkdiyini, NATO ölkələrinin bu fərqi qapatmağa boyun olduğunu bildirib.

Noyabrın 16-da Kabildə intiharçının törətdiyi partlayışda azı 11 nəfər həlak olub. Hücum ölkənin şimalındakı Balx vilayətinin qubernatoru Mohammad Atta Noor-un tərəfdarlarının təşkil etdiyi yürüş zamanı törədilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG