Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:49

Kremlin tənqidçisi AB-də siyasi sığınacaq alıb


Noyabrn 5-də müxalifət fəalları saxlanarkən

Kremlin tənqidçisi və Rusiyada qadağan olunmuş millətçi müxalifət hərəkatının lideri Avropa Birliyində siyasi sığınacaq aldığını deyir.

AzadAvropa/AzadlıqRadiosu və Amerikanın Səsinin birgə layihəsi olan “Nastoyasheyo Vremya” televiziya şəbəkəsinə müsahibəsində Vyacheslav Maltsev deyib ki, iyulda Rusiyaya qaçıb və bir müddət AB ölkələrindən birində həbsdə saxlanıb, daha sonra ona qanuni qalmağa sənədlər verilib.

Maltsev noyabrın 15-də verdiyi müsahibədə hansı ölkədə qaldığını açıqlamayıb.

Noyabrın 5-də bolşevik inqilabının 100 illiyi münasibətiylə Moskva və Rusiyanın digər şəhərlərində keçirilən yürüşlərdə Maltsev-in yüzlərlə tərəfdarı saxlanıb. O, daha öncə noyabrın 5-ni prezident Vladimir Putin-i devirəcək “yeni inqilab”ın başlanğıc günü elan etmişdi.

Mayda Maltsev ekstremist fəaliyyətə çağırdığına görə qiyabi mühakimə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG