Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Kiyev Rusiyanın addımını alqışlayır


Putin separatçı liderlərlə telefonla danışır, 15 noyabr, 2017-ci il

Ukrayna Rusiyanın Kiyev və separatçılar arasında məhbus mübadiləsini asanlaşdıran “istənilən addımı” alqışlayır. Bunu Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) deyir.

SBU bəyanatı noyabrın 16-da yayıb. Bundan öncə Rusiya prezidentinin separatçıların liderləriylə telefon danışığı barədə məlumat yayılmışdı. Putin Ukraynanın Donetsk və Luqansk regionlarının liderlərinə məhbus mübadiləsi planını dəstəklədiyini bildirib.

Ukrayna hakimiyyətinin münaqişədə saxlanmış 306 məhbusu separatçıların əlində olan 76 ukraynalıya dəyişməyə razı olduğu bildirilir.

Rusiya separatçılara ciddi dəstək verir. 2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 mindən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG