Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12

İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun ikinci şikayətini də təmin etdi


İlqar Məmmədov
İlqar Məmmədov

Avropa İnsan Haqları Məhkəməsi noyabrın 16-da həbsdə olan müxalifət lideri İlqar Məmmədovun 2-ci şikayəti ilə bağlı qərar verib.

Məhkəmədən Azadlıq Radiosuna göndərilən qərarda deyilir ki, İlqar Məmmədovun ədalətli məhkəmə haqqı pozulub, bu da Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulmasıdır.

Məhkəmənin bu günki qərarına görə, REAL hərəkatının liderinə qarşı cinayət işində“ciddi çatışmazlıqlar olub”

Çatışmazlıqlar deyəndə, o cümlədən,Məmmədovu məhkum etmək üçün istifadə olunan dəlil-sübutlərin qəbulu, yoxlanması, müdafiə tərəfinin dəlillərinə məhkəmənin münasibəti göstərilir.

Məsələn deyilir ki, İlqar Məmmədovun etirazçıları təhrik etməsinə şahidlik edən bəzi polis zabirləri etirazlardan 5 ay sonra ifadə verib. Onlardan biri ifadəsini geri götürüb ki, bu ifadəni oxumadan imzalayıb.

Məhkəmə İlqar Məmmədova qarşı istifadə olunan videonu yetərli dəlil-sübut saymır. Eyni qayda ilə onun bloqda yazdığı qeydlərin və radio müsahibəsinin onun doğrudan da iğtişaş təşkil etmək istəməsinə sübut olmasını İnsan Haqları məhkəməsi qəbul etmir.

Avropa İnsan Haqları məhkəməsi bundan əvvəl lqar Məmmədovun bir şikayətini artıq təmin etmişdi. 2014-cü ilin mayında İnsan Haqları Məhkəməsi qərar vermişdi ki, onun azadlıq və təqsirsizlik prezumpsiyası hüququ pozulub və İlqar Məmmədov azad olunmalıdfır. Ancaq o vaxtdan Azərbaycan hökuməti bu qərarı yerinə yetirmir və bu ilin oktyabrında Avropa Şurası Nazirlər Kabineti Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirməməkdə, bununla da Avropa Konvensiyasını pozmaqda günahlandırdı. Azərbaycana noyabrın 29-na kimi vaxt verilib. Bu, Avropa Şurasının xəbərdarlığıdır və növbəti addımlar hələ gələcək.

Xatırladaq ki,İlqar Məmmədov İsmayıllı rayonunda 2013-cü ilin yanvarındakı kütləvi iğtişaların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG