Noyabrın 17-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Şimal-şərq küləyinin əsəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 9-12, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə gün ərzində arabir yağış yağacağı bildirilir. Gecə 6-11, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.