Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:27

Rusiyanın olimpiya ümidlərinə daha bir zərbə


RUSADA-nın Moskvadakı ofisi

Rusiyanın antidopinq qrupunun mandatı bərpa olunmayıb. Bunu Ümumdünya Antidopinq Agentliyi noyabrın 16-da Cənubi Koreyanın paytaxtı Seulda elan edib.

Qurum Rusiyanın RUSADA antidopinq agentliyinin akkreditasiyasını bərpa etməyib, onun “mövcud kodeksə uyğun gəlmədiyini” bildirib. Akkreditə 2015-ci ildə dopinq iddiaları ortaya atılandan dayandırılmışdı.

Bu qərar rusiyalı atletlərin gələn ilin fevralında Cənubi Koeyanın Pxençan şəhərində qış olimpiadasına buraxılmasına daha geniş qadağanın qoyulmasının mümkünlüyünü artırır.

Artıq altı atlet dopinq testindən keçməyib və yarışlarda iştirakları qadağan olunub.

Ümundünya Antidopinq Agentliyi rusiyalı idmançıların dövlətin dəstəyilə dopinq qəbul etdiyini bildirsə də, Rusiya rəsmiləri bunu təkzib edib.

Gələn ay Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın fevral olimpiadasına buraxılıb-buraxılmayacağını müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG