Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:55

2015-ci il noyabrın 26-da Nardarandakı əməliyyatdan sonra həbs olunan qəsəbə sakinlərindən biri də Raci Babayev idi. Əksər saxlanılanlar kimi, ona da qanunsuz silah saxlama ittihamı verilmişdi. İddia olunur ki, Babayevin yaşadığı evdən - Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi 53 ünvanından «F-1» qəlpəli əl qumbarası, «RQD-5» qumbarası və 9 patron tapılıb.

Sabunçu Rayon Məhkəməsi CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə R.Babayevə 2 il 9 ay həbs cəzası verib.

Hərçənd, Babayev özünü təqsirli bilmir, qanunsuz silah saxlama ittihamının saxta olduğunu deyir. Onun sözlərinə görə, evlərində silah-sursat olmayıb. Tapıldığı iddia olunan qumbara və patronları elə polislər özləri qoyub, özləri də götürüb.

Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

R.Babayev qərardan Ali Məhkəməyə şikayət verib. Noyabrın 10-da Ali Məhkəmədə Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası kassasiya şikayətini qismən təmin edib – R.Babayevin cəzası 2 ilə endirilib.

32 yaşlı R.Babayevin cəzası yaxın günlərdə başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG