Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:13

2016-cı ildə rusiyalı hakerlər Britaniya mediasına, telekommunikasiya və energetika sektorlarına hücumlar ediblər. Bunu “Reuters” agentliyi Böyük Britaniyanın Kibertəhlükəsizlik üzrə Milli Mərkəzinin (NCSC) derektoru Kiran Martin-ə istinadla yazır.

O, agentliyə Rusiyanın müdaxiləsinə dair ayrıntılar verməkdən imtina edib, ancaq deyib ki, mərkəz Rusiya tərəfdən təhlükənin dəf edilməsində beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyətilə işləyir.

Daha öncə Böyük Britaniyanın baş naziri Theresa May Rusiyanı dezinformasiya yaymaqda, başqa ölkələrdə seçkilərə müdaxilədə, Avropada demokratik rejimlərə zərbə vurmaq cəhdində suçlayıb.

Bir sıra Avropa ölkələri və Birləşmiş Ştatlar Rusiyanı mühüm dövlət obyektlərinə hücumlarda əli olmaqda ittiham edir. ABŞ Rusiyanın ötəniliki prezident seçkisinə mümkün müdaxiləsni araşdırır.

Moskva isə Rusiya hakimiyyətinin kiberhücumlara bağlılığını rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG