Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:08

Xarici media qanunu Dumadan keçdi -- Radio bəyanat verdi


Radio Svoboda-nın loqosu

AzadAvropa/AzadlıqRadiosu bu qanunla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“AzadAvropa/AzadlıqRadiosu Dövlət Dumasının “xarici agent” damğasını xaricdən maliyyələşən mediaya da aid etməsi qərarından xəbərdardır.

Bugünkü səsvermədən sonra Rusiyanın hansı addımlar ata biləcəyi, yaxud qanunun necə tətbiq olunacağıyla bağlı spekulyasiya etməyəcəyik.

Bugünkü səsverməni Rusiyadan maliyyələşən medianın Birləşmiş Ştatlarda üzləşdiyi tələbələrə “qarşılıqlı” cavab hesab etmək yersizdir. RT və Sputnik ABŞ-da azad şəkildə yayılır, AzadAvropa/AzadlıqRadiosu isə administrativ təzyiqlər sonucunda yayım tərəfdaşlarını itirib, kabelə də çıxışı yoxdur. AzadAvropa/AzadlıqRadiosu-nun reportyorları Rusiyada qısnamaya və fiziki hücuma məruz qalırlar, RT-nin reportyorları isə ABŞ-da bu cür təhdidlə üzləşmirlər.

AzadAvropa/AzadlıqRadiosu-nun işi Rusiya da daxil olmaqla, bütün dünyada rusdilli izləyicilərimizi dəqiq və obyektiv jurnalistikayla təmin etməkdir. Jurnalist işimizi davam etdirəcəyimiz gözləyirik”.

***

Noyabrın 15-də Rusiyanın Dövlət Duması xaricdən maliyyələşən media orqanlarının xarici agent kimi tanınmasına imkan verən qanun layihəsini üçüncü - yekun oxunuşda qəbul edib. Duma yekdilliklə qanunun lehinə səs verib.

Daha öncə xarici işlər naziri Sergei Lavrov demişdi ki, Rusiya tərəfinin reaksiyası sürətli olacaq.

Moskva iddia edir ki, son bir ildə Rusiya dövlətinin maliyyələşdirdiyi RT və Sputnik media orqanları ABŞ-da artan təzyiq altındadır və buna cavab olaraq Rusiyadakı ABŞ mediasını hədəfə alır.

RT-nin Amerika bölümü bu günlərdə Birləşmiş Ştatlarda xarici agentlərə dair qanuna əsasən qeydiyyatdan keçib. Bundan əvvəl RT bildirmişdi ki, ABŞ Ədliyyə Naziriyi RT-nin ABŞ Xarici Agentlərin Qeydiyyatı Qanuna (U.S. Foreign Agents Registration Act - FARA) uyğun olaraq noyabrın 13-də qeydiyyatdan keçməsini tələb etmişdi.

*** Buna da bax: RT ABŞ-da xarici agent kimi qeydiyyatdan keçdiyini deyir

“MƏNGƏNƏ DARALIR”

Bu qanun AzadlıqRadiosunun rus xidməti olan Радио Свобода-nın, Amerikanın səsi radiostansiyasının, CNN, eləcə də Almaniyanın Deutsche Welle yayımçısının fəaliyyətinə təsir göstərə bilər.

Amnesty International insan haqları təşkilatı isə qanunun qəbulundan öncə yaydığı bəyanatda bu layihənin ölkədə söz azadlığının “məngənəsini sıxacağını” deyirdi.

Qanun layihəsi daha sonra baxılmağa yuxarı palataya göndəriləcək, sonda Prezident Vladimir Putin onu təsdiqləməlidir.

“Bu qanunvericilik Rusiyada yetərincə ümidsiz durumda olan söz azadlığına ciddi zərbə vuracaq”, – Amnesty-nin Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheyev deyib.

Krivosheyev-in sözlərincə, Rusiyada müstəqil media orqanları və jurnalistlər “demək olar hər gün təqib və riskə məruz qalırlar” və onların çoxu “ölkənin ənənəvi media məkanından çıxarılıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG