Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:10

Igor Sechin yenə məhkəməyə getməyib. O, şahid kimi ifadə verməliydi.

***

Rosneft rəhbərinin noyabrın 15-də Moskva məhkəməsində ifadə verməyə gedib-getməyəcəyi bəlli deyil.

Igor Sechin artıq ikinci dəfə Zamoskvoretsky rayon məhkəməsinə çağrılıb, keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev-in məhkəməsində ifadə verməlidir.

O, noyabrın 13-də məhkəməyə getməyib. Hakim bildirişin Rosneft-in ofisinə göndərildiyini, ancaq orda qəbul olunmadığını bildirdi.

Sechin uzun müddət prezident Vladimir Putin-in administrasiya rəhbərinin müavini olub, indi də onun yaxın müttəfiqi sayılır.

Ulyukayev indiyədək Rusiyada həbs olunmuş ən yüksəkçinli məmurlardandır. O, Sechin-dən 2 milyon dollar rüşvət qoparmaqda ittiham olunur. Əvəzində nazirlik Rosneft-in regional Bashneft neft şirkətində böyük pay almasını təsdiqləyəcəkmiş.

İttihamçılar Ulyukayev-in Sechin-dən bir çamadan nağd pul alarkən tutulduğunu deyirlər. O, ötən ilin noyabrında saxlanıb, Putin də onu dərhal işdən çıxarıb, hazırda ev dustağıdır.

Avqustda başlanan məhkəmədə Ulyukayev təqsirli olmadığını deyib. O, Sechin-i və Federal Təhlükəsizlik Xidmətini (FSB) ona tələ qurmaqda ittiham edib, deyib ki, çamadanda şərab şüşələrinin olduğunu düşünüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG