Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:28

Əfqanların əhvalı yüksəlir


Əfqanıstanda təhlükəsizlik tədbirləri, 14 noyabr, 2017-ci il

Ölkəsinin düzgün yolda irəlilədiyini deyən əfqanların sayı artıb. Nikbinlikləri də yüksəlib. Təxminən 10 ildir düşüş yaşayan milli əhval-ruhiyyədə əks tendensiya yaranır. Bunu Asiya Fondunun keçirdiyi yeni rəy sorğusu üzə çıxarıb.

Eyni zamanda, təhlükəsizlik, iqtisadiyyat sarıda əndişələr ölkənin gələcəyinə dair fikirlərə təsirini göstərir, respondentlərin böyük hissəsi imkan olsaydı, ölkəni tərk edəcəyini dilə gətirib.

Bu sorğu ölkənin 34 vilayətində 10 mindən çox əfqanla üzbəüz müsahibələr əsasında keçirilib.

Əfqan xalqıyla bağlı sorğu 13-cü ildir keçirilir. Qeyd edək ki, bu dəfəki sorğu ölkədə hücumların artdığı, ABŞ administrasiyasının isə Cənubi Asiya regionu üzrə yeni strategiyasıyla bir vaxta düşüb. Yəni müəyyən irəliləyişə baxmayaraq, Əfqanıstan hələ də kövrək və təlatümlü ölkə olaraq qalır.

“Əfqanlar daha yaxşı gələcək istəyirlər və bu ilki məlumatlar da, təhlükəsizlik problemlərinə, işsizliyə baxmayaraq, nikbinliyin artdığını göstərir”, – Aşıya Fondunun Əfqanıstan üzrə təmsilçisi Abdullah Ahmadzai deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG