Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:48

Dövlət qulluğunda 990 boş yer var


İmtahan

Dövlət orqanları müsabiqəyə 990 vakant vəzifə təqdim ediblər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov noyabrın 14-də dövlət qulluğuna qəbula dair keçirdiyi mətbuat konfransında deyib.

AZƏRTAC-ın xəbərinə görə, ən çox yeri Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (122 vakant vəzifə) təqdim edib.

V.Misirovun deməsinə görə, DİM noyabrın 18-də inzibati rəhbər vəzifələr olan AA, AB, AC, dekabrın 17-də isə inzibati icraçı vəzifələr sayılan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək.

Test imtahanlarına qeydiyyat noyabrın 7-də başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG