Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:25

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 mlrd. 12 mln. 583 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13.13 faiz çoxdur. Ötən il 2015-ci ilin eyni dövrü ilə müqayisədə isə 23.22 faiz azalma baş vermişdi.

Bu ilin 10 ayında idxal əməliyyatları 6 mlrd. 958 mln. 381.25 min dollar olub. 2016-cı ilin eyni dövründə bu rəqəm 6 mlrd. 177 mln. 594.80 min dollar təşkil etmişdi.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları isə 9 mlrd. 54 mln. 201.75 min dollar olub. Ötən il isə həmin rəqəm 7 mlrd. 195 mln. 699.01 min dollara bərabər idi.

Nəticədə 2 mlrd. 95 mln. 820.5 min dollar məbləğində müsbət saldo yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG