Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:32

Britaniyanın xarici işlər naziri Boris Johnson İranda saxlanmış iranlı Britaniya vətəndaşı olan qadın haqqında dediklərinin yaratdığı stresə görə üzr istəyib.

İkili vətəndaşlığı olan Nazanin Zaghari-Ratcliffe İranda ruhani isteblişmenti devirməyi planlaşdırmaq ittihamıyla beş illik həbsə məhkum edilib.

Ailəsi və çalışdığı Thomson Reuters Fondu bu ittihamları dəfələrlə təkzib edib.

Johnson bu ayın əvvəlində deyib ki, o, həbsindən öncə adamlara jurnalistika öyrədirmiş.

İranın dövlət televiziyası bu sözlərdən istifadə edərək bunu qadının günahının dolayısıyla təsdiqi adlandırıb.

Johnson-un istefasına çağırışlar səslənib, onun sözlərinin Zaghari-Ratcliffe-yə əlavə risk yaratdığı bildirilib.

Johnson parlamentdə üzr istəyərək deyib ki, qadının İrana professional mövqedə getdiyini demək istəməyib. “İndi prioritetimiz onu humanitar səbəblərlə İrandan çıxarmaqdan ötrü əlimizdən gələni etməkdir”, – o deyib.

Ailəsi onun tətilə getdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG