Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:27

ABŞ prezidenti Donald Trump-ın altı müsəlman ölkəsindən gələn müəyyən ziyarətçilərə qadağası qüvvəyə minir. Buna ABŞ apellyasiya məhkəməsi qərar verib.

Noyabrın 13-də çıxarılmış qərar Trump-ın sentyabrın 24-də imzaladığı sərəncamın bir hissəsini qüvvədə saxlayır. Həmin sərəncama görə, İran və daha 5 əsasən müsəlman ölkəsindən gələn, Birləşmiş Ştatlarda yaxın münasibətləri olmayanlar bu ölkəyə buraxılmayacaq.

Yaxın münasibətlər deyəndə isə ailə qohumluqları və ABŞ-da universitetlər, yerləşdirmə agentlikləri ilə əlaqələr nəzərdə tutulur.

Amerikada nənə-babaları, nəvələri, valideynləri, nişanlıları, əmi-dayı-xala-bibi uşaqları olanların girişinə icazə veriləcək.

Apellyasiya məhkəməsinin qərarı Çad, İran, Liviya, Somali, Suriya və Yəməndən gələnlərə aiddir. Ötən ay Havay məhkəməsi Trump-ın sərəncamına blok qoymuşdu, dünənki qərar onu rədd elədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG