Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:06

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib


İranda zəlzələ

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Prezident yazır ki, İranın qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər onu olduqca kədərləndirib:

«Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!».

Noyabrın 12-də İran-İraq sərhədində gecə 7.3 bal gücündə zəlzələ baş verib. İranın Daxili İşlər Nazirliyinin bildirməsinə görə, zəlzələ nəticəsində azı 207 nəfər ölüb, 1686 yaralı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG