Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:23

Avropa Birliyi (AB) İranla dünya ölkələrin arasında nüvə sazişini “bütün tərəflərin tam yerinə yetirməsini” təmin edəcək. Bunu AB-nin xarici siyasət rəhbəri Federica Mogherini noyabrın 10-da deyib.

O, Özbəkistanın Səmərqənd şəhərində deyib ki, bu saziş “Avropanın və beynəlxalq diplomatiyanın böyük uğurudur”.

ABŞ prezidenti Donald Trump ötən ay İranın nüvə sazişini yerinə yetirməsinə zəmanət verməkdən imtina edib. Beynəlxalq müfəttişlərsə Tehranın sənədə əməl etdiyini bildirirlər

Trump İranı sazişin ruhunu pozmaqda suçlamışdı.

Mogherini bu həftənin əvvəlində deyib ki, ABŞ millət vəkilləri Birləşmiş Ştatların 2015-ci il İran nüvə sazişində qalacağına dair işarə veriblər.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG