Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Putin-lə Erdogan noyabrın 13-də görüşəcəklər


Recep Tayyip Erdogan (sağda) və Vladimir Putin

Noyabrın 13-də Türkiyə prezidenti Recep Tayyip Erdogan rusiyalı həmkarı Vladimir Putin-lə Soçidə görüşəcək. Məlumatı Kreml yayıb.

Putin-in mətbuat xidməti noyabrın 10-da bildirib ki, iki lider regional və beynəlxalq məsələləri – terrorçuluqla birgə mübarizəni, Suriyada altı ildir davam edən müharibəni bitirməyə yönəlik cəhdləri müzakirə edəcəklər.

Onların qarşılıqlı ticarət, enerji sektorunda əməkdaşlığı da götür-qoy edəcəyi gözlənir.

Rusiya Suriya prezidenti Bashar al-Assad hökumətini, Türkiyə isə Assad-ı devirməyə çalışan üsyançıları dəstəkləyir.

Bu iki ölkə İranla birlikdə Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinə dair danışıqlar da təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG