Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Rusiyalı yazıçı-satitik Mikhail Zadornov 69 yaşında vəfat edib. Bu haqda “İzvestiya” qəzeti məlumat yayıb. Xəbəri “Moskva” agentliyinə “Anşlaq” verilişinin aparıcısı Regina Dubovitskaya da təsdiqləyib.

Daha öncə aktyorun ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyi, 2016-cı ildə Almaniyada əməliyyat olunduğu bildirilirdi.

1948-ci ildə doğulmuş Zadornov 10-dan çox kitab müəllifidir, sovet dövründə, daha sonra Rusiyada televiziyalarda yumoristik proqramları aparıb, “Qızıl buzov” və Arkadiy Raykin kuboku mükafatlarına layiq görülüb.

O, Rusiyada və xaricdə proqramlarla çıxış edib. Slavyan sözlərinin etimologiyası ilə bağlı yozumları dilçi-alimlərin sərt tənqidiylə üzləşib.

Son illər Zadornov monoloqlarında Qərbi, özəlliklə Birləşmiş ştatları sərt tənqid edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG