Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:34

Avropadakı radioaktiv buludun mənşəyi açıqlanıb


Qazaxıstan, IRSN rəsmi vebsaytında radiasiya sızmasıyla bağlı bu sxemi yerləşdirib

Sentyabrın sonunda Avropa üzərindəki radioaktiv çirklənmə Rusiya, yaxud Qazaxıstanda nüvə obyektindən qaynaqlanırmış. Bunu Fransanın IRSN nüvə təhlükəsizliyi institutu bildirib.

Qurum noyabrın 9-da yaydığı bəyanatda nüvə reaktorunda qəza variantını istisna edib. Radioaktiv buludun nüvə yanacağı ərazisində, yaxud radioaktiv dərman mərkəzində sızmadan yarandığı bildirilir.

Son həftələr IRSN və Avropadakı bir sıra digər nüvə təhlükəsizliyi institutları ruthenium 106 maddəsinin səviyyəsinin yüksəldiyini bildiriblər.

Bu radioaktiv nuklid təbii yolla deyil, nüvə reaktorunda atomların parçalanması nəticəsində yaranır.

IRSN Avropada insan sağlamlığına, yaxud ətraf mühitə təsirin baş vermədiyini bildirib.

Qurumun rəhbəri Jean-Marc Peres “Reuters” agentliyinə deyib ki, Rusiya rəsmiləri ölkə ərazisində hansısa qəza barədə bilgili olmadıqlarını söyləyiblər.

Qazaxıstanın Nüvə Fizikası İnstitutundan AzadlıqRadiosuna bildirildiyinə görə, sentyabr-oktyabrda ölkədə nüvə sızması aşkarlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG