Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:09

Trump və Putin əl tutub salamlaşdılar, amma görüşməyəcəklər


Prezidentlər Donald Trump və Vladimir Putin Vyetnamda keçirilən Cənub-Şərqi Asiya iqtisadi forumunda (APEC) liderlərin kollektiv şəkilçəkdirmə mərasimi zamanı əl tutaraq salamlaşıblar.

Noyabrın 10-da baş vermis bu qısa salamlaşmadan əvvəl bir neçə gün idi ki, Trump və Putinin noyabrın 10-11-də keçirilən sammit əsnasında görüşüb-görüşməyəcəkləri barədə ziddiyyətli xəbərlər yayılırdı.

İki prezident arasında ayaqüstü salamlaşmadan bir neçə saat əvvəl Ağ Ev bəyan etmişdi ki, Trump və Putin arasında heç bir rəsmi görüş olmayacaq.

Trump-ın yanvar ayında keçirilmiş inaqurasiyasından indiyədək iki prezident üzbəüz yalnız bir dəfə, iyul ayında keçirilmiş G20 sammitində görüşüblər.

“Putin-lə görüşə gəlincə, belə bir görüşün olacağı təsdiqlənməmişdi, hər iki tərəfdə qrafiklər toqquşduğundan görüş olmayacaq”, – Ağ evin mətbuat katibi Sarah Sanders noyabrın 10-da jurnalistlərə deyib.

Kreml rəsmiləri bu həftənin əvvəlində belə bir görüşün olacağını deyirdilər. Ancaq ABŞ dövlət katibi Rex Tillerson noyabrın 9-da xəbərdarlıq etdi ki, hələ qərar verilməyib.

*** Buna da bax: RT bildirir ki, ABŞ-da ondan xarici agent kimi qeydiyyatdan keçmək tələb olunub

Trump-ı Asiya turunda müşayiət edən Tillerson deyirdi ki, əsas məsələ bu görüşün “yetərincə əsaslandırılmasıdır. Bilirsiz ki, rusiyalılarla bir sıra çətin sahələr üzrə işləyirik”.

Tillerson onu da əlavə edib ki, iki prezident üz-üzə gələrsə, qeyri-rəsmi görüşləri də istisna deyil.

XATIRLATMA

Moskva Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra ABŞ-Rusiya münasibətləri gərginləşib. Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı informasiyalardan sonra durum daha da pisləşib.

İki prezident təkbətək bircə dəfə görüşüblər – iyulda Almaniyada G20-nin sammitində.

*** Buna da bax: Rusiyanın bu kampaniyasını realiti-şouya bənzədir

Hamburqda keçirilən danışıqlarla Trump-ıa Putin Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini müzakirə ediblər. Ancaq bildiriblər ki, keçmişdəki hərəkətlər bağlı mübahisə etməkdənsə irəliyə getməklə bağlı razılığa gəliblər.

O vaxtdan münasibətlərdəki gərginlik bir az da artıb. ABŞ-da hazırda seçkiyə iddia olunan müdaxiləylə bağlı bir neçə təhqiqat aparılır.

Putin iddiaları danır, Trump Rusiyayla əməkdaşlığa gedilmədiyini bildirir.

Rusiyanın Krımı ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsi, eləcə də Suriyadakı müharibədə roluyla bağlı da gərginlik qalmaqdadır.

Trump noyabrın 5-də deyirdi ki, Asiya səfəri çərçivəsində Putin-lə görüşü gözlənir. Kremlin sözçüsü Dmitry Peskov-sa noyabrın 8-də onların “böyük ehtimalla” görüşəcəyini bildirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG