Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:51

Moskva məhkəməsi teatr direktoru və kinorejissor Kirill Serebrennikov-un əmlakının müsadirəsi haqda qərar çıxarıb. O, mənimsəmədə ittiham olunsa da, Kremlin tənqidçiləri bu işin siyasi motivli ola biləcəyini düşünürlər.

Basmanny Məhkəməsinin sözçüsü Yunona Tsaryova noyabrın 9-da jurnalistlərə deyib ki, məhkəmə rubl, dollar və avroyla yerləşdirilmiş 79 min 500 dollarlıq vəsait olan bank hesablarını dondurub, Serebrennikov-un Moskvadakı mənzili və avtomobili müsadirə olunub.

Serebrennikov hazırda ev dustağıdır.

Ona avqustda 68 milyon rublluq (1,1 milyon dollar) dövlət vəsaitini mənimsəməkdən ötrü dələduzluqla bağlı ittiham irəli sürülüb. Həmin vəsait bir yaradıcı layihəyə ayrılıbmış.

Bu iş beynəlxalq ictimaiyyətin diqqətini çəkib, hakimiyyətin prezident Vladimir Putin hökumətindən narazı incəsənət xadimlərini hədəfə alması sarıdan narahatlıq yaranıb.

Serebrennikov hökumət əleyhinə etirazlara qatılıb, Rusiya Pravoslav Kilsəsinin nüfuzunun güclənməsindən narahatlığını dilə gətirib.

Putin-sə oktyabrın 30-da deyib ki, bu işin siyasətə aidiyyatı yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG