Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 11:53

Noyabrın 9-da Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Federica Mogherini Qırğızıstanla Özbəkistana səfərə gedir. Onun bu ölkə liderləriylə görüşləri gözlənir.

Qırğızıstan prezident idarəsinin yaydığı məlumata görə, Mogherini prezident Almazbek Atambaev, bu posta yeni seçilmiş Sooronbai Jeenbekov, eləcə də baş nazir Sapar Isakov-la görüşəcək.

Görüşlərdə AB-Qırğızıstan yeni ikitərəfli razılaşmasının müzakirə olunacağı gözlənir. Bu sənəd 1999-cu ildə qəbul olunmuş müqaviləni əvəzləməlidir.

Oxşar razılaşmanı AB qonşu Qazaxıstanla da imzalayıb.

Mogherini Özbəkistanda, Səmərqənd şəhərində 13-cü illik AB-Orta Asiya nazirlər toplantısında iştirak edəcək. Onun Özbəkistanın prezidenti Shavkat Mirziyoev və Orta Asiyanın xarici işlər nazirləriylə görüşləri planlaşdırılır.

Brüsseldən yola düşməzndən öncə Mogherini Orta Asiyanı AB-dən ötrü çox vacib region adlandırıb. İnsan haqlarının AB-Orta Asiya münasibətlərində vacib aspekt olduğu vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG